Almaniyadan 32 Azərbaycan vətəndaşı readmissiya edilib

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 13-də Azərbaycan Respublikası vətəndaşı olan 32 nəfər
“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz
yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində
Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.




Bildirilib ki, DMX tərəfindən fəaliyyəti əlaqələndirilən
aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət
Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan
Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin
operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı
sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində
müvafiq tədbirlər həyata keçirir.