Azərbaycanla enerji sahəsində əməkdaşlıq xüsusilə yer tutur – Xorvatiya spikeri

Baş səhifə

Bakı. Trend:

Xorvatiya və Azərbaycanın davamlı olaraq artan ümumi ticarət
mübadiləsindən razı qalmağa əsasları var.

Trend xəbər
verir ki, bunu Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviç
Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuat
konfransında deyib.

Spiker vurğulayıb ki, enerji sahəsində əməkdaşlıq xüsusilə mühüm
yer tutur:

“ARDNŞ Xorvatiyanın xam neft təchizatında çox mühüm rol
oynayır”, – deyə o qeyd edib.