Azərbaycanda 47 min yeni iş yerinin yaradılması gözlənilir – RƏSMİ

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda investisiya təşviqi sənədi verilmiş layihələr üzrə
9,3 milyard manat investisiya qoyuluşu və təxminən 47 min iş
yerinin yaradılması nəzərdə tutulur.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycanın
iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çərşənbə günü
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin
təşkilatçılığı ilə keçirilən III Milli Rəqabət Forumunda deyib.

O bildirib ki, sentyabrın 1-nə 528 sahibkarlıq subyektinə 633
investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi
mexanizminin müddəti isə 2029-cu ilədək uzadılıb.




E.Əliyevin sözlərinə görə, Azərbaycan Biznesinin İnkişafı Fondu
tərəfindən cari ilin ilk səkkiz ayında təqribən 4 300 layihəyə 223
milyon manat güzəştli kredit verilib.

Nazirin birinci müavini təşviq sənədləri üzrə nəzərdə tutulan
nəticələrin sonrakı mərhələdə izlənilməsinin vacibliyini
vurğulayıb.

“Təşviq sənədinin verilməsi layihənin həyata keçirilməsinə imkan
yaradır. Sonrakı mərhələdə həmin investisiyaların reallaşması,
müəssisənin fəaliyyətə başlaması və nəzərdə tutulan iş yerlərinin
açılması diqqətdə saxlanılmalıdır”, – deyə o bildirib.