Səfir: Fransa WUF13 üçün Bakıya nazirliklərarası nümayəndə heyəti göndərəcək

Baş səhifə
Səfir: Fransa WUF13 üçün Bakıya nazirliklərarası nümayəndə heyəti göndərəcək

Fransa Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) nazirliklərarası nümayəndə heyəti ilə təmsil olunacaq.

Bunu “Report”a açıqlamasında Fransanın Azərbaycandakı səfiri Sofi Laqut bildirib.

“Davamlı şəhərlər üçün tərəfdaşlıq” proqramında iştirak edən üç deputat forumda iştirak etmək üçün Bakıya səfər edəcək”, – o vurğulayıb.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçiriləcək.