
Bakı. Trend:
Sentyabrın 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri nəticəsində ümumi çəkisi 40,7 kiloqramdan artıq narkotik
vasitə aşkar edilərək götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən
məlumat verilib.
Bildirilib ki, həmin gün keçirilən tədbirlər nəticəsində ailə
üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyi üçün itkin
düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil
verilib.
Bundan başqa, dələduzluğa görə axtarışda olan 7 nəfər
saxlanılaraq istintaqa təhvil verilib.
Sentyabrın 18-də paytaxtda və respublikanın ayrı-ayrı
rayonlarında keçirilən tədbirlər zamanı 16 tüfəng, 6 patron darağı
və 180 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.
DİN-dən bildirilib ki, narkotik vasitələrin qanunsuz
dövriyyəsinə, eləcə də qanunsuz saxlanılan odlu silah-sursatın
aşkar edilərək götürülməsinə qarşı əməliyyat və profilaktik
tədbirlər davam etdirilir.

