Paşinyan Zəngəzur dəhlizinin keçəcəyi marşrutu AÇIQLADI

Baş səhifə

Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama verib.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, o, parlamentdə çıxışı zamanı layihə çərçivəsində dəmir yolu xəttinin Ermənistanın Nüvədi-Əkərək istiqamətindən keçəcəyi və Azərbaycanın ərazisi üzərindən Ermənistanı Rusiya və Mərkəzi Asiya ilə birləşdirəcəyi qeyd olunur.

Paşinyan qeyd edib ki, TRIPP marşrutunun reallaşması halında Ermənistanın regional nəqliyyat şəbəkəsinə çıxış imkanlarının əhəmiyyətli dərəcədə genişlənəcəyi gözlənilir. Marşrutun Azərbaycan ərazisindən keçməsi isə Ermənistanın Rusiya və Mərkəzi Asiya istiqamətində yeni logistika imkanları əldə etməsinə şərait yarada bilər.

O əlavə edib ki, layihənin əsas məqsədlərindən biri regionda nəqliyyat əlaqələrinin bərpası və yeni ticarət marşrutlarının formalaşdırılmasıdır. Bu baxımdan TRIPP həm Ermənistan, həm də Azərbaycan üçün regional kommunikasiyaların inkişafı baxımından mühüm layihələrdən biri kimi təqdim olunur.