Ankarada meşə yanğını yaşayış məntəqələrinə yaxınlaşıb

Baş səhifə

Ankaranın Mamak rayonunda meşə yanğını baş verib.

APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, alov yaşayış məntəqələrinə yaxın əraziyə çatıb.

Hazırda yanğının söndürülməsi və alovun yaşayış ərazilərinə keçməsinin qarşısının alınması istiqamətində işlər davam etdirilir.