
Bakı. Trend:
“Arsenal”ın futbolçusu Qabriel Martinelli bu yay klubunu dəyişə
bilər.
25 yaşlı vingerə mümkün transferlə bağlı danışıqlara başlayan “Əl-Hilal” maraq göstərir. Bu barədə ”The Athletic” nəşri məlumat
yayıb.
Səudiyyə Ərəbistanı klubu həm “Arsenal” rəhbərliyi, həm də
futbolçunun ətrafı ilə əlaqə saxlayır. Londonlular təxminən 60
milyon avro məbləğində təklif alacağı təqdirdə Martinellinin
satışını nəzərdən keçirməyə hazırdır.
Braziliyalı oyunçunun özü də karyerasını Səudiyyə Ərəbistanında
davam etdirməyin əleyhinə deyil və “Əl-Hilal”ın təklifini qəbul
etməyə hazırdır.
Bundan əvvəl Martinelli “Qalatasaray”a keçməkdən imtina
etmişdi. Türkiyə klubu futbolçu üçün 45 milyon avroluq təklif
göndərmişdi.
Braziliya millisinin üzvü ötən mövsüm “Arsenal”ın heyətində
bütün turnirlərdə 53 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar
ötürmə edib. O, London klubu ilə birlikdə İngiltərə çempionu olub
və Çempionlar Liqasının finalına yüksəlib.

