
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp sentyabr ayında İrlandiyaya rəsmi
səfər etməyi planlaşdırır.
Bu barədə “The New York Post” qəzeti məlumat yayıb. Səfər zamanı
Amerika lideri özünə məxsus qolf meydançasında keçiriləcək
İrlandiya Açıq Qolf Turnirinə qatılacaq. Nəşrin məlumatına görə,
onun İrlandiyaya səfəri yarışın son iki gününə — 12 və 13 sentyabr
tarixlərinə təyin olunub. Qeyd olunur ki, Tramp prezident qismində
sonuncu dəfə bu qolf klubuna 2019-cu ildə baş çəkib.

