
Bakı. Trend:
“Brügge”nin hücumçusu Nikolo Tresoldi karyerasını İspaniya La
Liqasında davam etdirə bilər.
“Barselona” almaniyalı futbolçunun xidmətində maraqlıdır. Bu
barədə insayder Ekrem Konur məlumat yayıb.
Baş məşqçi Hans Flik rəhbərlikdən Tresoldinin transferini
istəyib. Belçika klubu 22 yaşlı forvardı 40-50 milyon avro
qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, “Brügge” Nikolo Trisoldini 2025-ci ilin yayında “Hannover”dən 7,5 milyon avroya transfer edib. Almaniya U-21
millisinin üzvü Belçika təmsilçisinin heyətində meydana çıxdığı 61
rəsmi matçda 26 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

