
Bakı. Trend:
Yerli telekommunikasiya bazarında ilk dəfə
abunəçilər “Steam” balansını əlavə komissiya və vergi ödəmədən
mobil hesabları vasitəsilə artıra biləcəklər
Azercell abunəçilərinə yeni “Steam Top-Up” xidmətini təqdim
edir. Yeni xidmət istifadəçilərə “Steam” hesablarının balansını
birbaşa Azercell tətbiqindən, mobil nömrələrinin balansı hesabına
18% ƏDV ödəmədən artırmağa imkan verir. Azercell Azərbaycanda bu
imkanı təqdim edən yeganə mobil operatordur.
“Steam Top-Up” xidməti sayəsində istifadəçilər bank kartı və ya
digər ödəniş vasitələrindən istifadə etmədən “Steam” hesablarının
balansını rahat şəkildə artıra bilərlər. Bunun üçün Azercell
tətbiqində müvafiq bölməyə daxil olmaq, “Steam” hesabının adını və
balans artımı üçün nəzərdə tutulan məbləği qeyd etmək
kifayətdir.
Yeni xidmət oyun həvəskarlarına “Steam” platformasında oyun və
digər rəqəmsal məzmunların alınması üçün hesablarını daha sərfəli
və rahat şəkildə artırmaq imkanı yaradır. Ödənişin birbaşa mobil
nömrənin balansından həyata keçirilməsi isə prosesi daha sadə və
əlçatan edir.
Steam dünyanın ən böyük rəqəmsal oyun platformalarından biridir
və milyonlarla istifadəçiyə minlərlə oyun və rəqəmsal məzmun təklif
edir. Platformada Counter-Strike 2, Dota 2, PUBG: Battlegrounds, EA
SPORTS FC 26, Elden Ring, Baldur’s Gate 3 və populyarlıq qazanan
digər oyunlar geniş auditoriya tərəfindən istifadə olunur.
“Steam Top-Up” xidmətinin istifadəyə verilməsi Azercell-in
abunəçilərinə beynəlxalq rəqəmsal platformalara daha rahat çıxış
imkanları yaratmaq və rəqəmsal xidmətlər portfelini genişləndirmək
istiqamətində həyata keçirdiyi təşəbbüslərin davamıdır.
Xidmət haqqında ətraflı məlumatı Azercell tətbiqini yeniləyərək
və ya şirkətin rəsmi internet səhifəsində əldə etmək mümkündür.

