Paşinyan erməni xalqını sülh prosesinə dəstək olmağa çağırıb

Baş səhifə

Bakı. Trend:

Ermənistan vətəndaşları qarşıdakı parlament seçkilərində sülh
gündəmini dəstəkləməlidirlər. Belə ki, Cənubi Qafqazda uzun illər
ərzində ilk dəfə olaraq sülh üçün şans yaranıb.

Trend
Ermənistan KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla
Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib.

“Mən əminəm ki, Ermənistan xalqı bu gün nail olduğumuz şeyi
dəstəkləyəcək. Ermənistan vətəndaşlarının sülh gündəmini və sülh
prosesini dəstəkləyəcəyinə heç bir şübhəm yoxdur”, – deyə
Ermənistanın hökumət başçısı söyləyib.