Litvada йasırğadan sonra 129 min abonent elektrik enerjisiz qalıb

Baş səhifə

Bakı. Trend:

Avqustun 22-də Litvada ölkə ərazisini qasırğa bürüyüb.

İlk saatlarda təxminən 268 min abonentin elektrik enerjisi
kəsilib, lakin artıq səhər saatlarına qədər onların yarıdan çoxunun
elektrik təchizatı bərpa olunub. Bəzi sakinlərə isə təmir işlərinin
daha bir neçə gün davam edəcəyi barədə xəbərdarlıq edilib.




LRT-nin yazdığına görə, Zarasay rayonunun bir kəndində elektrik
enerjisinin yalnız cümə gününə qədər bərpa olunacağı vəd edilir.
Bir çox sakin su təchizatından da məhrumdur, çünki elektrik
olmadığından nasoslar işləmir.

Anişçiai rayonunun meri Kyaştutis Tubis bildirib ki, qəzanın
avqustun 28-dək aradan qaldırılacağı vəd edilir. Molėtai rayonunun
sakininə isə elektrik enerjisinin şənbə gününə, yəni avqustun
29-dək olmaya biləcəyi barədə xəbərdarlıq edilib.