
Bakı. Trend:
Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 6509 nəfərə
çatıb.
Bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges “X” sosial
şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər
xilas edilib. Bundan başqa, 226 696 nəfərə tibb müəssisələrində
yardım göstərilib. 60 785 yaşayış evinə baxış keçirilib, bunlardan
35 545 ev yaşayış üçün yararlı, 14 239 ev məhdud şəkildə yararlı,
11 001 ev isə yüksək riskli yaşayış evidir. 600 790 ton (28,61%)
tikinti tullantıları daşınıb.
Xatırladaq ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə
fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb.
Təkanların episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr
məsafədə yerləşib. Zəlzələdən sonra ötən günlər ərzində 1 000-dən
çox afterşok qeydə alınıb.

