İsmayıllıda avtomobil aşıb, sürücü ölüb

Baş səhifə

İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Muğanlı–İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb.

İlkin ehtimala görə, qəza nəticəsində sürücü hadisə yerində ölüb

Qəzanın başvermə və ölümün səbəbi araşdırmadan sonra məlum olacaq.