Ağdamda kürəkən qayınatasını bıçaqlayaraq öldürüb

Baş səhifə

Bakı. Trend:

Ağdam rayonunda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş
verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun
Səfərli qəsəbəsində baş verib.

Belə ki, rayon sakini Eldəniz Qənbərov mübahisə zamanı
qayınatası Zakir Hüseynovu bıçaqlayıb. Ağır xəsarət alan Z.Hüseynov
hadisə yerində dünyasını dəyişib.




Faktla bağlı cinayət işi başlanılıb.

Hazırda hadisənin başvermə səbəbləri və digər təfərrüatlar
araşdırılır.