
Bakı. Trend:
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə
avqustun 28-dən sentyabrın 2-dək ixtisas seçimi aparılacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatda qeyd
edilib.
Bildirilib ki, yaxın günlərdə dərc olunacaq “Abituriyent”
jurnalının 7-ci sayında isə müsabiqədə iştirak edən, lakin ali
təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan
ballarının paylanması haqqında geniş məlumat təqdim olunacaq:
“Jurnalda ali təhsil müəssisələrinin boş qalan (vakant) plan
yerlərinin siyahısı da veriləcəkdir. Həmin yerlərə ixtisas seçimi
avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş
qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili
müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə
bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan
ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub”.

