Azərbaycandan Şimali Kipr Türk Respublikasına (ŞKTR) investisiya qoyacaq qadınlara da ŞKTR-də qadınlara verilən eyni imtiyazlar verilə bilər.
Bunu “Report”a müsahibəsində ŞKTR-nin əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu deyib.
O, qeyd edib ki, Şimali Kiprdə yeni iş quracaq qadınlara 100% prim, yəni əlavə ödəmə və ya maddi stimullaşdırma dəstəyi verilir:
“Bu səbəbdən bütün sosial sığorta haqlarını dövlət ödəyir. Azərbaycandan ŞKTR-ə investisiya qoyacaq qadınlara da bizim qadınlara verilən eyni imtiyazlar verilə bilər. Bu məsələləri gələcək dövrdə Azərbaycan tərəfi ilə müzakirə edəcəyik”.
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

