Marqvelaşvili: Bakı forumu xüsusi təcrübəyə malik insanları bir araya toplayıb

Baş səhifə
Marqvelaşvili: Bakı forumu xüsusi təcrübəyə malik insanları bir araya toplayıb

Dünyada artan gərginlik şəraitində qlobal proseslərin açıq şəkildə müzakirəsi üçün platformaların olması xüsusilə vacibdir.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın sabiq prezidenti Gergi Marqvelaşvili (2013-2018-ci illər) XIII Qlobal Bakı Forumunun kuluarlarında bildirib.

Onun sözlərinə görə, forum iştirakçıları dünyada baş verən prosesləri müzakirə etmək üçün böyük maraqla bir araya gəlirlər:

“Buraya xüsusi təcrübəyə malik xüsusi insanlar toplaşır. Belə narahatedici anlarda bir-birimizlə görüşmək və həm regionumuzun, həm də dünyadakı bütün siyasi proseslərin gələcəyini müzakirə etmək imkanına görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edirəm”.