
Bakı. Trend:
Premyer Liqa nəhəngləri mövsümün sonunda “Kristal Pelas”la
müqaviləsi başa çatan mark Qehi üçün mübarizə aparır.
Trend xəbər
verir ki, “Liverpul”dan sonra “Mançester Yunayted”də ingiltərəli
müdafiəçini transfer siyahısına daxil edib.
“Qırmızı şeytanlar” Qehini yayda klubdan ayrılacağı gözlənilən
Harri Maquayrın uzunmüddətdli davamçısı kimi düşünür. “Mançester
Yunayted” 25 yaşlı futbolçu ilə danışıqlara başlamağı
planlaşdırır.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Mark Qehi bu mövsüm “Kristal Pelas”ın heyətində keçirdiyi 12 oyunda 1 qol vurub, 1 qol
ötürməsi edib.

