Zəngilan. Trend:
Bu gün növbəti köç karvanı ilə Məmmədbəyli kəndinə çatan
ailələrə evlərinin açarları təqdim olunub.
Trend-in bölgə
müxbiri xəbər verir ki, Zəngilan rayonu Məmmədbəyli kəndinə köçən
ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən
mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə
ətraflı məlumat verilib.
Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq
durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti
qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və
Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak
ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində
məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Məmmədbəyli kəndinə 30 ailə olmaqla
144 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində
yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və
inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
14:45
xxx
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Zəngilan rayonu
Məmmədbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər
saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.
Trend-in bölgə
müxbiri xəbər verir ki, bu gün Məmmədbəyli kəndinə 30 ailə olmaqla
144 nəfər qayıdıb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli
Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən
şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Qeyd edək ki, kəndin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188
fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və
39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq
hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb, onlar su, işıq,
qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub. Kənddaxili
yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da
inşa olunub. Köçürülən ailələrin, evlərdə məskunlaşması üçün bütün
şərait yaradılıb.
14:02
xxx
Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend xəbər verir
ki, bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə –
144 nəfər köçürülüb.
Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif
yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin
torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna,
qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu
yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir
diləyiblər.