Bakı. Trend:
Kuba hökuməti qadınlar, 60 yaşdan yuxarı insanlar və əcnəbilər
də daxil olmaqla, 2000-dən çox məhbusu əfv yolu ilə azad etmək
qərarına gəlib.
Trend-in məlumatına görə, bu barədə Kubanın Kommunist Partiyası
bildirib.
“Məhbuslara qanunla müəyyən edilmiş güzəştlərin verilməsi
prosesi çərçivəsində Kuba hökuməti əfv yolu ilə 2010 məhbusu
azadlığa buraxmaq qərarına gəlib”, – deyə partiya “X” sosial
şəbəkəsində yazıb.
Qeyd edilib ki, bu “humanitar və suveren qərar” “məhbusların
törətdiyi cinayətlərin mahiyyətinin hərtərəfli təhlilindən, onların
həbsxanadakı təxmini davranışlarından, eləcə də cəzalarının
əhəmiyyətli bir hissəsini çəkmələrindən və sağlamlıq
vəziyyətlərindən” sonra qəbul edilib.

