Gəncədə evdən qadın meyiti tapıldı 

Baş səhifə

Gəncə şəhərində evdən qadın meyiti tapılıb.

Modern.az report.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Beəl ki, 1947-ci il təvəllüdlü Zemfira Məmmədovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olmayan meyiti aşkar edilib.

79 yaşlı qadının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.