Almaniya Ukrayna veteranlarına dəstək üçün əlavə 3 milyon avro ayıracaq

Baş səhifə

Bakı. Trend:

Almaniya Ukrayna veteranlarının dəstəklənməsi məqsədilə əlavə 3
milyon avro maliyyə vəsaiti ayıracağını açıqlayıb.

Bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful Kiyevdə
keçirilən IX Beynəlxalq Veteranlar Forumunda çıxışı zamanı
bildirib.




Nazirin sözlərinə görə, Ukrayna veteranları və onlara dəstək
göstərən insanlar böyük ehtirama layiqdirlər.

Vadeful vurğulayıb ki, Berlin veteranların ehtiyaclarının
Ukraynanın mövcud sosial müdafiə sistemi çərçivəsində
qarşılanmasına yönəlmiş kompleks yanaşmanı dəstəkləyir.