
Bakı. Trend:
“SpaceX”in rəhbəri İlon Mask sosial mediada “Starlink” peyk
bürcünün orbitdəki cihazlarının sayının 11 minə çatdığını
açıqlayıb.
Dünyada heç bir peyk provayderi bu rəqəmə yaxınlaşa
bilməyib.
“KeepTrack” nəşrinə görə, 2026-cı ilin iyul ayı etibarilə Yer
kürəsinin aşağı orbitindəki ən böyük beş kosmik gəmi bürcü
aşağıdakı kimi paylanıb:
“Starlink” – 10.783 peyk;
“OneWeb” – 654;
“Amazon” – 394;
“Qianfan” – 238;
“Quovaq” – 186.
Yer kürəsinin orbitindəki 19 min 447 faydalı yükün yarısından
çoxu “Starlink”in payına düşür ki, bu da digər on ən böyük bürcün
ümumi sayından beş dəfə çoxdur. 2019-cu ilin may ayından bəri
“SpaceX” 12 min 444 “Starlink” peykini orbitə çıxarıb ki, onlardan
təxminən 1660-ı artıq orbitdən çıxıb və atmosferdə yanıb. Bu o
deməkdir ki, “SpaceX” orbitdən çıxan peyki belə ikinci yerdə olan
“OneWeb”in indiyə qədər buraxdığından daha çoxdur. Hər həftə orbitə
daha iki və ya üç “Starlink” missiyası buraxılır.
Qeyd edək ki, “Starlink”in müştəri bazası 12 milyon abunəçini
keçib.

