Qazaxıstanda Qurultay seçkiləri başlayıb

Baş səhifə

Astana. Trend:

Qazaxıstanda Qurultay seçkiləri başlayıb.

Trend-in Astanaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki,
Qurultayın tərkibinə beş il müddətinə seçilən 145 deputat daxil
olacaq. Seçkilər proporsional sistem üzrə keçirilir və deputatlar
vahid ümummilli seçki dairəsi üzrə partiya siyahıları əsasında
seçilirlər.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə
üzrə seçici siyahılarına 12 milyon 605 min 788 nəfər daxil edilib.
Səsvermənin təşkili üçün 10 min 423 seçki məntəqəsi hazırlanıb.
Onlardan 79-u xaricdəki 61 dövlətdə fəaliyyət göstərir.




Seçkilərdə yeddi siyasi partiya iştirak edir: “Әділет”,
Ümummilli Sosial Demokrat Partiyası, Qazaxıstan Yaşıllar Partiyası “Baytaq”, Qazaxıstan Xalq Partiyası, “Aul”, Qazaxıstan Demokrat
Partiyası “Ak Jol” və “Respublica”.

Səsvermənin gedişini beynəlxalq müşahidəçilər izləyirlər.
Seçkilərin monitorinqi üçün 42 ölkədən ümumilikdə 777 beynəlxalq
müşahidəçi qeydiyyatdan keçib. Bundan əlavə, müşahidə
missiyalarında 13 beynəlxalq təşkilatın nümayəndələri iştirak
edirlər.

2026-cı il iyulun 1-də qüvvəyə minmiş Qazaxıstanın yeni
Konstitusiyasına əsasən, əvvəlki Məclis və Senatdan ibarət
ikipalatalı Parlamentin əvəzinə ölkədə təkpalatalı parlament —
Qurultay fəaliyyət göstərəcək.