
Bakı. Trend:
Kamçatka təbiət parkında güclü yağışlar səbəbindən yolların
yuyulması nəticəsində köməksiz qalan 100-dən çox turistin təxliyəsi
üçün vertolyot və avtobuslardan istifadə olunacaq.
Bu barədə bu gün regional hökumətin mətbuat xidməti məlumat
yayıb.
Məlumata görə, xilasetmə əməliyyatı zamanı insanlar əvvəlcə
vertolyotla təhlükəsiz əraziyə, daha sonra isə avtobuslarla
Petropavlovsk-Kamçatskiyə aparılacaqlar. “Ölü Meşə” və “Kleşnya”
ərazilərindən təxliyə işlərinə saat 16:00 radələrində başlanması
nəzərdə tutulur və hazırda son hazırlıqlar görülür.
Xatırladaq ki, avqustun 22-də güclü yağışlar səbəbindən Ploski
Tolbaçik vulkanı yaxınlığındakı giriş yolu yuyulub və Studenaya
çayında suyun səviyyəsi kəskin artaraq yolu keçilməz edib. Nəticədə
müxtəlif tur şirkətlərinin xətti ilə bölgədə olan 100-dən çox
turist Klyuçevskoy Milli Parkında qalmışdı. Hakimiyyət orqanları
kifayət qədər qida ehtiyatına malik olan turistləri təkbaşına
hərəkət etməməyə və xilasedicilərin gəlişini gözləməyə çağırıb.
Klyuçevskoy Milli Parkına girişlər isə müvəqqəti olaraq
dayandırılıb.

