Koreya Respublikası Koreya yarımadasındakı gərginliyi azaltmaq niyyətindədir

Baş səhifə

Bakı. Trend:

Koreya Respublikasının Prezidenti Li Çje Men Silahlı Qüvvələr
Günü münasibətilə çıxışında hökumətinin Koreya yarımadasında hərbi
gərginliyin azaldılmasına yönəlmiş səyləri davam etdirəcəyini
bildirib.

Bu barədə Cənubi Koreya prezidentinin administrasiyası məlumat
yayıb.

Li Çje Men münaqişəyə ehtiyacın olmayacağı şəraitin
yaradılmasının vacibliyini bir daha vurğulayıb. Prezidentin
sözlərinə görə, onun administrasiyası KXDR ilə Cənubi Koreya
arasında “hərbi gərginliyin azaldılması istiqamətində praktiki
tədbirlər görməyə çalışmaqda davam edəcək”.




O əlavə edib ki, Seul ilə Pxenyan arasındakı münasibətlər
mürəkkəb xarakter daşıyır, lakin hökuməti bu “düyünü tədricən
açmaq” niyyətindədir.

Bununla yanaşı, Li Çje Men Pxenyanın “etimadın və dialoqun
bərpası yolunda” Seula qoşulacağına ümid etdiyini bildirib.