Demokratların seçkilərdə qələbəsi maliyyə böhranına səbəb ola bilər – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Demokratların noyabrda keçiriləcək
aralıq seçkilərdə qələbəsinin ölkədə ciddi maliyyə böhranına səbəb
ola biləcəyini bildirib.

Tramp Texasda jurnalistlərə açıqlamasında Demokratların
hakimiyyətə gələcəyi təqdirdə, ABŞ-nin 1929-cu ildəki böhrana
bənzər iqtisadi böhranla üzləşə biləcəyini deyib.




Qeyd edək ki, 1929-cu ildə başlayan Böyük Depressiya ABŞ-də və
dünyada uzunmüddətli iqtisadi tənəzzülə səbəb olmuşdu.