
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Demokratların noyabrda keçiriləcək
aralıq seçkilərdə qələbəsinin ölkədə ciddi maliyyə böhranına səbəb
ola biləcəyini bildirib.
Tramp Texasda jurnalistlərə açıqlamasında Demokratların
hakimiyyətə gələcəyi təqdirdə, ABŞ-nin 1929-cu ildəki böhrana
bənzər iqtisadi böhranla üzləşə biləcəyini deyib.
Qeyd edək ki, 1929-cu ildə başlayan Böyük Depressiya ABŞ-də və
dünyada uzunmüddətli iqtisadi tənəzzülə səbəb olmuşdu.

