“Mançester Siti”nin müdafiəçisi zədələndi

Baş səhifə

Bakı. Trend:

İngiltərə milli komandasının heyətində ciddi itki baş verib.

Müdafiəçi Niko O’Rayli sıradan çıxıb. Bu barədə komandanın baş
məşqçisi Tomas Tuxel məlumat verib.




Almaniyalı mütəxəssis 21 yaşlı sol cinah müdafiəçisinin tibbi
müayinədən keçmək və müalicə olunmaq üçün klubu “Mançester Siti”nin
düşərgəsinə yollandığını bildirib.

Qeyd edək ki, İngiltərə yığması UEFA Millətlər Liqasında iki
oyun keçirəcək. Onlar ayın 3-də səfərdə Xorvatiya, 6-da isə evdə
Çexiya ilə üz-üzə gələcəklər.