İsrail hərbçiləri Qəzza sahillərinə üzən növbəti gəmi qrupunu saxlayıb

Baş səhifə

Bakı. Trend:

İsrailli hərbçilər açıq dənizdə Qəzza zolağına doğru üzən daha
bir gəmi qrupunu saxlayıb.

Trend xəbər verir
ki, bu barədə ölkənin XİN məlumat yayıb.




“Qəzza zolağının qanuni dəniz blokadasını yarmaq və hərbi
əməliyyatların getdiyi zonaya daxil olmaqla bağlı növbəti cəhd boşa
çıxıb. Gəmilər və sərnişinlər İsrail limanına çatdırılıb. Bütün
sərnişinlər sağ-salamatdır və onların ən yaxın zamanda deportasiya
olunacağı gözlənilir”, – nazirliyin bəyanatında deyilir.

“The Times of Israel” nəşrinin məlumatına görə, söhbət “Azadlıq
flotiliyasının koalisiyası”na daxil olan doqquz gəmidən ibarət
qrupdan gedir. Onların göyərtəsində Qəzza blokadasını yarmağa
çalışan 100-ə yaxın fələstinyönümlü fəallar olub. Onlar təxminən
iki həftə əvvəl İtaliyanın bir limanından yola çıxıblar.