
Bakı. Trend:
2019-cu ildən bu günədək 818 uşaq övladlığa verilib.
Trend xəbər
verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri
Vüqar Behbudov bu gün Bakıda Sosial Xidmətlər Agentliyinin 2025-ci
ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat
konfransında bildirib.
Onun sözlərinə görə, onlardan 412-si oğlan, 406-sı qızdır.
“Himayədar ailə qayğı modeli tətbiq olunduğu dövrdən – 2023-cü
ilin noyabrından bu günədək 75 uşağın himayədar ailələrə
yerləşdirilməsi barədə müqavilə imzalanıb. 2025-ci ildə isə 40 uşaq
himayədar ailələrə verilib, onlardan 20-si qız, 20-si oğlan
olub.
Ötən il övladlığa verilən uşaqların sayı 149 olub, onlardan 71-i
qız, 78-i isə oğlandır. Maraqlı bir faktı qeyd edim ki, övladlığa
verilən uşaqlardan 3-ü əcnəbi və vətəndaşlığı olmayan şəxslər
tərəfindən övladlığa götürülüb. 2019-cu ildən bu günədək isə
ümumilikdə 4 uşaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa
verilib. Həmin şəxslər Almaniya, Serbiya və Rusiya vətəndaşları
olub”.

