İmişlidə toyda zəhərlənmə şübhəsi ilə xəstəxanaya daha 10 nəfər müraciət edib

Baş səhifə
İmişlidə toyda zəhərlənmə şübhəsi ilə xəstəxanaya daha 10 nəfər müraciət edib

İmişli rayonunda toyda zəhərlənmə şübhəsi ilə xəstəxanaya daha 10 nəfər müraciət edib.

“Report”un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 69 nəfər (8-i uşaq olmaqla 32-si kişi, 4-ü uşaq olmaqla 37-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 37 nəfər (18-i qadın, 19-u kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

Vəziyyətləri stabil qiymətləndirilən digər 28 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.