
Bakı. Trend:
Fransada davam edən anomal isti hava dalğası elektrik
enerjisinin qiymətini son bir il yarımın ən yüksək səviyyəsinə
yüksəldib.
Kondisionerlərdən istifadənin artması tələbatı kəskin yüksəldib, “EPEX Spot” birjasında elektrik enerjisinin meqavat-saatı 177
avronu keçib. Temperaturun yüksəlməsi külək və su elektrik
stansiyalarında istehsalı azaldıb.
Ən böyük mənfi təsir isə nüvə enerjisi sektorunda qeydə alınıb.
Çay sularının qızması reaktorların soyudulmasını
çətinləşdirdiyindən, “Fransa Elektrik” (EDF) şirkətinin nüvə
parkının 20 faizdən çoxu istifadədən kənarda qalıb. EDF istilik
dalğalarının risklərini neytrallaşdırmaq üçün növbəti 15 ildə 8,7
milyard avro sərmayə yatırmağı planlaşdırır.

