ABŞ 75 ölkənin vətəndaşları üçün immiqrasiya vizaları qadağasını ləğv edib

Baş səhifə

Bakı. Trend:

ABŞ-da məhkəmə Amerika Dövlət Departamentinin 75 ölkə
vətəndaşlarına immiqrasiya vizalarının verilməsini dayandırmaq
qərarının qarşısını alıb.

Bu barədə Nyu-York Cənub Dairəsi üzrə federal məhkəmənin
qərarında deyilir.




“Sözügedən 75 ölkədən olan müraciətçilərə immiqrasiya
vizalarının verilməsinin tam dayandırılması siyasəti
qanunvericiliyə zidd olduğundan və səlahiyyətlərin aşılması hesab
edildiyindən məhkəmənin qərarı ilə ləğv edilməlidir”, — sənəddə
qeyd olunur.

Yanvar ayında Dövlət Departamenti 75 ölkə vətəndaşlarına
immiqrasiya vizalarının verilməsini dayandırmışdı. Məhdudiyyətlərin
tətbiq olunduğu ölkələr siyahısına Rusiya ilə yanaşı Azərbaycan,
Ermənistan, Belarus, Braziliya, Gürcüstan, Misir, İran, Qazaxıstan,
Qırğızıstan, Kuba, Suriya və Özbəkistan daxil edilmişdi.