
Bakı. Trend:
Alexandro Balde “Barselona”da qalmaq niyyətində deyil.
İnsayder Cerard Romeronun məlumatına görə, müdafiəçi klub
rəhbərliyi ilə son danışıqlardan sonra komandanı dəyişmək qərarına
gəlib. Onun agenti Jorge Mendes hazırda müxtəlif variantları
nəzərdən keçirir və futbolçu üçün uyğun klub axtarır.
Qeyd edək ki, Balde ötən mövsüm La Liqada 28 oyunda iştirak edib
və 2 məhsuldar ötürmə edib.

