“Express Lombard” ASC-nin səhmlərinin müvafiq olaraq 45%-nə və 10%-nə nəzarət edən Rifat Həsənov və Leyla Cabbarova paylarını digər səhmdar Nicat Həsənova bağışlayıb.
“Report” xəbər verir ki, bununla da, 3-cü səhmdar şirkətə tam sahib olub.
Xatırladaq ki, R.Həsənov həm də “International” ASC bank olmayan kredit təşkilatının yeganə səhmdarıdır. Bu kredit təşkilatının İdarə Heyətinin sədri isə N.Həsənovdur.
“Express Lombard” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

