Dövlət Neft Fondunun aktivləri 74 milyard dollara yaxınlaşıb

Baş səhifə

Bakı.Trend:

Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cı ilin əvvəlinə 73
milyard 541,5 milyon ABŞ dolları (125 milyard 20,5 milyon manat)
təşkil edib.

Trend bu
barədə ARDNF-yə istinadən xəbər verir.




Məlumata görə, Fondun aktivləri 2026-cı il mart ayının 31-nə isə
73 milyard 515,9 milyon ABŞ dolları (124 milyard 976,9 milyon
manat) təşkil edib.

Bundan başqa, 2026-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin
ümumi gəlirləri 3 milyard 180 milyon manat təşkil edib. Sözügedən
dövrdə Fondun neft-qaz gəlirləri 1 milyard 803,1 milyon manat olub.
Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam
gəlirlər 1 milyard 376,8 milyon manat təşkil edib, o cümlədən qızıl
qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən
yaranan büdcədənkənar gəlirlər 2 milyard 117,9 milyon manat olub.
Eyni zamanda, investisiya portfelinin bazar dəyərinin dəyişməsi
fonunda investisiya gəlirləri üzrə 741,1 milyon manat həcmində
azalma qeydə alınıb. Büdcə xərcləri hesabat dövrü üzrə 3 milyard
223,5 milyon manat təşkil edib.