Çexiya Ukraynaya “L-159” təyyarələrini satmayacaq – Baş nazir

Baş səhifə

Bakı. Trend:

Çexiyanın Baş naziri Andrey Babiş ölkəsinin Ukraynaya “L-159”
yüngül döyüş təlim təyyarələri satmayacağını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə “Idnes” xəbər portalı
bildirib.




“Ukraynaya L-159 satışı yoxdur və olmayacaq da. Məsələ
bağlandı”, – deyə baş nazir bildirib.

Bu, onun Çexiya Ordusunun Baş Qərargah rəisi general Karel
Rjexkanın jurnalistlərə verdiyi açıqlamada Ukraynaya dörd “L-159”
təyyarəsinin verilməsinin Çexiyanın təhlükəsizliyinə təsir
etməyəcəyini söyləməsinə cavab olub.