Bank Respublika müştəriləri onlayn təhlükələrə qarşı ayıq olmağa çağırır!

Baş səhifə

Bakı.Trend:

Bank Respublika müştəri məlumatlarının qorunmasını prioritet
sayır.

Hər il oktyabr ayında dünyada “Kibertəhlükəsizlik üzrə
maarifləndirmə ayı” qeyd olunur. Bu qlobal təşəbbüsün məqsədi həm
fərdi, həm də korporativ mühitdə istifadəçilərin onlayn
təhlükələrdən qorunması üçün maarifləndirmə səylərini gücləndirmək,
təhlükəsiz rəqəmsal davranış mədəniyyətini formalaşdırmaqdır.

Bank Respublika bu təşəbbüsə qoşularaq bildirir ki,
təhlükəsizlik ilk olaraq Sizdən başlayır. Rəqəmsal mühitdə
təhlükəsiz davranış gündəlik həyatın ayrılmaz hissəsinə
çevrilməlidir. Bank müasir bankçılığın inkişafı ilə yanaşı, müştəri
məlumatlarının qorunması və təhlükəsiz əməliyyat mühitinin təmin
edilməsini öz fəaliyyətinin əsas prioritetlərindən biri kimi
müəyyənləşdirir.

Bank Respublika müştəri məlumatlarının qorunması və rəqəmsal
əməliyyatların təhlükəsizliyinin təmin olunması üçün müasir
texnoloji həllər, çoxsəviyyəli daxili təhlükəsizlik protokolları və
davamlı maarifləndirmə təşəbbüsləri həyata keçirir.

Bank Respublika müştərilərə kibertəhlükələrdən qorunmaq üçün
aşağıdakı sadə, lakin vacib addımları tövsiyə edir:

Şəxsi məlumatlarınızı paylaşmayın
Bank Respublika heç vaxt telefon və ya mesaj vasitəsilə PIN, şifrə,
SMS kod kimi məlumatları tələb etmir.

Klik etməzdən əvvəl düşünün
Naməlum linklərə və fayllara keçid etməzdən əvvəl mənbənin
etibarlılığını yoxlayın.

Hesablarınızı gücləndirin
Çoxfaktorlu autentifikasiya (MFA) və unikal parol hesabınızın ən
güclü qoruma üsuludur.




Kart məlumatlarınızı qoruyun.
Kart nömrəsi, CVV və PIN yalnız sizə məxsusdur. Onları paylaşmaq
maliyyə risklərinə səbəb ola bilər.

Bildirişləri aktiv saxlayın
SMS və push bildirişləri şübhəli əməliyyatları dərhal görməyə kömək
edir.

Yalançı lotereya və müsabiqələrə inanmayın.

Bank adından yayılan saxta kampaniyalara aldanmayın. Yalnız Bank
Respublika-nın rəsmi səhifələrində qeyd olunan məlumatlara etibar
edin.

Təhlükəsiz şəbəkədən istifadə edin
İctimai Wi-Fi üzərindən bank əməliyyatları aparmaq risklidir.
Yalnız etibarlı bağlantılardan istifadə edin.

Mobil tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin
App Store və ya Google Play-dən kənar mənbələrdən yüklənən
tətbiqlər təhlükə yarada bilər.

Sosial şəbəkələrdə ehtiyatlı olun
Ad günü, ünvan və digər şəxsi məlumatları paylaşmaq dələduzlara
fürsət yarada bilər.

Bank Respublika hər kəsi rəqəmsal mühitdə məsuliyyətli
davranmağa, təhlükəsizlik qaydalarına əməl etməyə və şəxsi
məlumatlarını qorumağa çağırır.