
Bakı. Trend:
2025-ci il ərzində bank sektorunda qeyri-işlək portfelin həcmi
16.4% (107 milyon manat) artaraq 763 milyon manat təşkil edib.
Trend bu
barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bildirilib ki, qeyri-işlək portfellər üzrə istehlak
kreditlərində 58 milyon manat artım, biznes kreditlərində 54 milyon
manat artım, ipoteka kreditlərində isə 5 milyon manat azalma baş
verib. Nəticədə, qeyri-işlək portfelin cəmi kredit portfelində payı
yarımil ərzində 0.1 f.b. artaraq 2.5% təşkil edib.
“Mümkün kredit risklərini tam qarşılaya bilmək üçün bank
sektorunun yetəri qədər ehtiyatlanması mövcuddur. Bank sektorunda
kreditlər üzrə mümkün zərərləin ödənilməsi üçün yaradılmış məqsədli
ehtiyatların məbləği 1.75 milyard manat təşkil edir ki, bu da
qeyri-işlək portfelin həcmindən 230% çoxdur. Xüsusilə də, istehlak
kreditləri üzrə yaradılmış məqsədli ehtiyatlar 1.27 milyard manat
olub ki, bu da istehlak kreditləri üzrə qeyri-işlək kreditin (QİK)
məbləğindən təxminən 4 dəfə çoxdur. Qeyd edilən faktlar bank
sektorunun ehtiyatlanma səviyyəsinin potensial risklərin absorbsiya
edilməsinə imkan verdiyini deməyə əsas verir”, – məlumatda qeyd
edilib.

