
Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə 345,733
milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu
miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 21,432
milyon ABŞ dolları olub.
Türkiyəyə elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsi ilə 5,282 milyon ABŞ dolları və ya 19,8%,
həcm ifadəsi ilə 74,452 milyon kVt/saat, yaxud 17,7% azalıb.
Hesabat dövründə Türkiyədən Azərbaycana elektrik enerjisi ixracı
qeydə alınmayıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust ayları ərzində
Azərbaycandan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və
Türkiyəyə 52,7 milyon ABŞ dolları dəyərində, 919,9 milyon kVt/saat
həcmində elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin eyni dövrü
ilə müqayisədə dəyər ifadəsi ilə 4,8 milyon ABŞ dolları və ya 8,3%,
98,8 milyon kVt/saat və yaxud 10% azalma deməkdir.
Eyni zamanda hesabat dövründə üç ölkədən – Rusiya, Gürcüstan və
İrandan Azərbaycana 4,9 milyon ABŞ dolları dəyərində 115,6 milyon
kVt/saat elektrik enerjisi idxal edilib. Bu isə ötən ilin ilk 8
ayındakı göstəriciyə nisbətən dəyər baxımından 26 min ABŞ dolları
və ya 0,5%, həcm ifadəsində isə 7,6 milyon kVt/saat və yaxud 6,2%
azdır.

