Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycandan Ermənistana göndərilən 984 ton dizel
yanacağı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından
yola salınıb.

Trend xəbər
verir ki, 17 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası
istiqamətində yola düşüb.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana
çatdırılacaq.

İndiyədək Azərbaycandan Ermənistana 12 min tondan çox dizel, 979
ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.

Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın
18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton Aİ-95 markalı
avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara
əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana
yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan
sonra bu istiqamətdə daşımalar davam edir.




xxx
14:53

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti
partiyası ixrac olunacaq.

Trend xəbər
verir ki, Ermənistana 17 vaqondan ibarət 984 ton dizel yanacağı
göndəriləcək.

Qatar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola
salınacaq.

Xəbər yenilənəcək