Azərbaycan və BƏƏ arasında iqtisadi sahədə yeni əməkdaşlıq razılaşması imzalanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi
sahədə yeni əməkdaşlıq razılaşması imzalanıb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.




“Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərimiz
çərçivəsində həmkarım, bu ölkənin sənaye və qabaqcıl texnologiyalar
naziri Sultan Əhməd Əl-Cabir ilə İqtisadiyyat Nazirliyi və ADNOC-un
investisiya platforması olan XRG arasında yeni əməkdaşlıq
razılaşması imzaladıq. Bu razılaşma qaz hasilatı sahəsində
əməkdaşlıq edən SOCAR və XRG arasında tərəfdaşlığı enerji
təchizatının şaxələndirilməsi istiqamətində genişləndirəcək. Sənəd
Azərbaycan və BƏƏ arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi,
ölkəmizin enerji infrastrukturuna investisiyanın cəlb edilməsi,
gəlirlərin şaxələndirilməsi və etibarlı tərəfdaş kimi rolunun
gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir”, –
paylaşımda qeyd edilib.