Azərbaycan və Avropa fortepiano musiqiləri bir diskdə (FOTO)

Baş səhifə

Bakı. Trend:

Lüksemburqda nəşr olunan “Pizzicato” musiqi jurnalında
Azərbaycan və Avropa bəstəkarlarının fortepiano əsərlərinin yer
aldığı kompakt disk (CD) haqqında məlumat dərc edilib.

Trend xəbər
verir ki, disk Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun
dəstəyi və Almaniyada yaşayan azərbaycanlı pianoçu Gülçin
Aslanova-Lutzun təşəbbüsü ilə buraxılıb.




Diskin hazırlanmasının əsas məqsədi Azərbaycan və Avropa
bəstəkarlıq məktəbinin zəngin irsini eyni platformada təqdim etmək,
bu iki musiqi mədəniyyəti arasında paralelləri və qarşılıqlı təsir
imkanlarını göstərməkdir.

CD-yə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun fortepiano
üçün yazılan “12 miniatür” silsiləsi və alman musiqisinin görkəmli
nümayəndəsi Robert Şumanın “Davidsbündlertänze” silsiləsi daxil
edilib. Bütün əsərlərin ifaçısı Gülçin Aslanova-Lutzdur.