Azərbaycan şahmat millisi dünya çempionatında keçirdiyi iki görüşdə məğlub olub

Baş səhifə
Azərbaycan şahmat millisi dünya çempionatında keçirdiyi iki görüşdə məğlub olub

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında növbəti görüşlərini keçirib.

“Report”un məlumatına görə, yığma III turda ABŞ, IV turda FIDE komandası ilə üz-üzə gəlib.

Komandamız hər iki görüşünü (0,5:3,5), (1:3) məğlub başa vurub.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün A qrupunda Perunu məğlub edib (3:1), Qazaxıstana isə uduzub – 1,5:2.5.

Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatı noyabrın 23-də başa çatacaq.