Avtobusdan düşən 15 yaşlı qızı maşın vurdu – Vəziyyəti ağırdır

Baş səhifə

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 15 yaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Gülnar Qurbanova avtobusdan düşərək yolu keçmək istəyəndə “VAZ-2107” markalı avtomobil tərəfindən vurulub.

Qəza nəticəsində xəsarət alan 15 yaşlı qız Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.