Bakı. Trend:
Avropa İttifaqının aviasiya və dəniz nəqliyyatını 2035-ci ilə
qədər bioyanacağa və sintetik elektrik yanacağa keçirməsi üçün 100
milyard avro həcmində investisiya tələb olunacaq.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası tərəfindən
təqdim edilən dayanıqlı nəqliyyat üzrə investisiya planında qeyd
olunur.
“Dayanıqlı yanacağa keçid məqsədlərinə nail olmaq üçün Avropa
İttifaqına 2035-ci ilə qədər 20 milyon ton bioyanacaq və elektrik
yanacağı lazım olacaq ki, bu da təxminən 100 milyard avro
məbləğində özəl investisiyanın cəlb edilməsini tələb edəcək”, –
sənəddə bildirilir.
Avropa Komissiyası öz növbəsində bu məqsədlər üçün Aİ
büdcəsindən 2,9 milyard avro investisiya etməyi təklif edib və
bunun özəl investisiyalar üçün katalizator rolunu oynayacağına
inanır.

