“Arsenal” Nelsonla yollarını ayırıb

Baş səhifə

Bakı. Trend:

İngiltərənin “Arsenal” futbol klubunun hücumçusu Ris Nelson
komandadan ayrılıb.

Tərəflər müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə
razılığa gəliblər.




“Arsenal”ın yetirməsi olan 26 yaşlı futbolçunun London klubu ilə
müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulmuşdu. Anlaşmada
müqavilənin müddətini 2028-ci ilə qədər uzatmaq imkanı da yer
alırdı.

Qeyd edək ki, Nelson 2007-ci ildən “Arsenal”ın sistemində idi.
O, London təmsilçisi ilə İngiltərə Kubokunu və iki dəfə İngiltərə
Superkubokunu qazanıb.